Azərbaycana gətirilən avtomobil və yaxtalara görə vergi artırılır - SİYAHI
Avtobazar
17 Dekabr 2016 01:06

Bu məsələ Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur
2017-ci ildən Azərbaycanda idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə (mühərrikinin həcmi 200 kubsantimetrdən çox olan) görə aksiz dərəcələri artırılacaq.
Bu məsələ bu gün Milli Məclisin plenar iclasında təsdiq edilən Vergi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur.
Beləliklə, 2017-ci ildən Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalara və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə aşağıdakı aksiz dərəcələri tətbiq ediləcək:
| Vergitutma obyektinin adı | Aksiz dərəcəsi |
| Minik avtomobilləri: | |
| mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda | Mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,20 manat |
| mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda | 400 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 3 manat (bundan əvvəl 1,5 manat) |
| mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda | 3400 manat (bundan əvvəl 1900 manat) + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 8 manat (bundan əvvəl 4 manat) |
| mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda | 11 400 manat (bundan əvvəl 5900 manat) + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 20 manat (bundan əvvəl 8 manat) |
| mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda | 31 400 manat (bundan əvvəl 13900 manat) + mühərrikin həcminin 5000 kubsantimetrdən çox olan hissəsi üçün hər kubsantimetrə görə – 40 manat (bundan əvvəl 10 manat) |
| İstirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr | Mühərrikin həcminin hər kubsantimetrinə görə – 6 manat (bundan əvvəl 3 manat) |
Oxunub : 2924
DİGƏR XƏBƏRLƏR
17 Avqust 2026 10:03
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
17 Avqust 2026 09:23
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
14 Avqust 2026 17:39
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
4 Avqust 2026 20:51
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
3 Avqust 2026 17:54
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
1 Avqust 2026 23:11
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
30 İyul 2026 14:54
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
24 İyul 2026 16:18
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
22 İyul 2026 17:39
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
15 İyul 2026 10:00
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
9 İyul 2026 14:16
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
5 İyul 2026 20:31
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
ŞƏRH YAZ











