Azərbaycana maşın gətirənlərin işi elektronlaşdı - VİDEO

Gömrük bəyannaməsi yalnız elektron variantda təqdim ediləcək. Yenilik avtomobil idxalını da sürətləndirəcək. Dövlət Gömrük Komitəsindən bildirilir ki, elektron gömrük bəyannaməsini doldurmaq üçün qurumun internet səhifəsindən, eləcə də elektron hökumət portalının gömrük bəyannaməsinin qəbulu xidmətindən istifadə etməlidir. Elektron bəyannamədə digər maddələr kimi avtomobillərlə də bağlı məlumatlar öz əksini tapır. İstər fiziki, istər vəzifəli, istərsə də hüquqi şəxslər bəyannaməni doldurmaq üçün mütləq elektron imzaları olmalıdır. Əks halda nəqliyyat vasitəsini rəsmiləşdirmək mümkün olmayacaq. Elektron imza almaq üçün e-imza.az saytına daxil olmaq lazımdır.
Gömrük bəyannaməsinin hazırlanması və təsdiq edilməsi müddəti də məlumdur.
Avtomobil idxalı ilə məşğul olanlar gömrük ödənişlərini azaltmaq üçün qiyməti aşağı göstərməyə də cəhd edir. Amma bunu müəyyən etmək üçün kifayət qədər üsullar var. Müxtəlif ölkələrin gömrük komitələrindən avtomobilin qiymətini öyrənmək, eləcə də bəyənnamədə göstərilən qiymətlə bazar qiymətlərini müqayisə etmək mümkündür.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










