Azərbaycanda 65 min manata nömrə satışa çıxarıldı - FOTO

Azərbaycanın internet satış portallarından birində 65000 manata avtomobilin dövlət qeydiyyat nişanı satışa çıxarılıb. Yerli internet portallarının birində 10-00-015 nömrəli dövlət qeydiyyat nişanının 65000 manata satışa çıxarılması ilə bağlı elan yerləşdirilib. Avtosfer.az xəbər verir ki, bu barədə aparıcı Tural Yusifov aznews.az-a bildirib ki, əslində dünyada daha baha qiymətə avtomobil nömrələri də satılır. “Məsələn, Səudiyyə Ərəbistanında kimsə nömrə almaq üçün 1 milyon dirhəm də ödəyir. Amma bu pulu dövlətə ödəyir, həmin nömrəni də dövlətdən alır.” Tural Yusifovun sözlərinə görə, kiminsə öz avtomobilinin nömrəsini satması qanunsuzdur: “Qanuni yolla belə bir satışı həyata keçirmək mümkün deyil. Kimsə öz avtomobilini sata bilər, dövlət qeydiyyat nişanı da üstündə. Yol hərəkəti haqqında qanunun 27-ci və 29-cu maddəsilə avtomobil satıla bilər, üzərində nömrə ilə. Amma mən nömrəni satıram, belə bir şey qanunla qadağandır”.






Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










