Azərbaycanda avtomobil bazarı tam çökdü - Rəsmi statistka

İki ay ərzində Azərbaycana 821 ədəd avtonəqliyyat vasitəsi gətirilib. Müqayisə edilən dövrdə idxal 9 dəfə azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, xaricdən 737 ədəd minik avtomobili alınıb. Ötən il iki ay ərzində xaricdən rəsmi nümayəndələr və fərdi şəxslər tərəfindən 7031 minik avtomobili gətirilib. Həm ilkin, həm də təkrar avtomobil bazarı 2013-cü ildən böhran içindədir. Təkcə idxalın həcmi deyil, həm də alqı-satqı üzrə əməliyyatların həcmi azalıb. Mütəxəssislər qeyd edirlər ki, bu, birbaşa bank böhranının və əhalinin gəlirlərinin aşağı düşməsinin nəticəsidir.
Uzun illər banklar avtomobil kreditlərini maliyyələşdirib və faiz dərəcələri illik 10%-dən 18%-dək təşkil edib. Kreditləşmə əsasən ABŞ dolları ilə həyata keçirilib. 2015-ci ilin yanvarında Azərbaycanda avtonəqliyyat vasitələrinin idxalı üzrə aksiz dərəcələri də artırılıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










