Azərbaycanda avtomobillər bahalaşıb

Azərbaycanın avtomobil bazarında satış qiymətlərinin artım tendensiyası müşahidə olunur. Xüsusilə də, köhnə avtomobillərin qiymətində daha ciddi artım baş verib. Bu barədə "Report"a Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı məlumat verib. O deyib ki, bunun səbəbləri məlumdur: "İdxal azalıb, təklif azalıb, təklif məhdudlaşırsa, bazara çıxarmağa maşın yoxdursa, onun qiyməti də artmalıdır. Artım müxtəlif markalar üzrə fərqlidir. Təqribən qiyməti 10 min manatadək olan avtonəqliyyat vasitələrində 500-1 000 manat, 10-20 min manatlıq avtomobillərdə 1 500-2 000 manat artımı var". Onun sözlərinə görə, maşın bazarında vəziyyət çox gərgindir: "Xüsusilə də nəzərə alsaq ki, maliyyə bazarında vəziyyət dəyişkəndir. Yəni, manatın dollara qarşı məzənnəsi çox tez-tez dəyişir. Bu sahədə fəaliyyət göstərən sahibkarlar da çətinlik çəkirlər. Təbii ki, onlar həm alıcı qismində çıxış edirlər, əvvəl alıb, sonra satırlar. Bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil".
R.Osmanlı gələcəklə bağlı proqnoz verməyin düzgün olmadığını deyib: "Proqnozlar bazarı bərbad vəziyyətə qoyur. Onun üçün də proqnoz verməyin tərəfdarı deyiləm".
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










