Azərbaycanda avtomobillər ucuz qiymətə satışa çıxarılır - Bu tarixdə...

İyulun 1-də saat 10:00-da Bakıda keçiriləcək açıq hərracda müxtəlif dövlət qurumlarının balansında olan 13 avtomobil satışa çıxarılacaq. Avtosfer.az xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunur.
Satışa çıxarılan nəqliyyat vasitələri və start qiymətləri aşağıdakı kimidir:
KHAZAR (2018-ci il) – 5 200 manat
Nissan Sunny (2009-cu il) – 6 900 manat
Hyundai Elantra (2009-cu il) – 8 900 manat
Honda Accord (2010-cu il) – 8 400 manat
Toyota Camry (2014-cü il) – 21 000 manat
Toyota Camry (2014-cü il) – 21 500 manat
BMW 730Li (2006-cı il) – 8 200 manat
Volkswagen Passat (2013-cü il) – 8 000 manat
BMW 730Li (2006-cı il) – 11 000 manat
Volkswagen Passat (2014-cü il) – 9 000 manat
Nissan Pathfinder (2000-ci il) – 5 000 manat
BMW 760Li (2006-cı il) – 12 000 manat
Lexus ES250 (2013-cü il) – 13 000 manat
Avtomobilləri almaq istəyənlər auksion.gov.az saytından ətraflı məlumat əldə edə və satışdan öncə avtomobillərlə tanış ola bilərlər.
Hərracda iştirak üçün 10% beh ödənilməli, sifarişçilər şəxsiyyətlərini təsdiqləyən sənədləri təqdim etməlidirlər. Beh Mərkəzi Bankda AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.
Qeyd edək ki, hərracda iştirak etmək istəyənlər sifarişlərini hərracdan ən gec üç bank günü əvvəl təqdim etməlidirlər.
Əlaqə üçün telefon: (012) 311-01-60 (daxili: 1758, 1709, 1706, 1705).
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










