Azərbaycanlı milyarderin oğlunun maşını satılır: 2 milyon– FOTO + VİDEO
"Mardan Palace" otelinin bir tur şirkətinə borcu səbəbindən müsadirə edilən azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu Sərxan İsmayılova məxsus avtomobil 15 günlük möhlət müddətində borc ödənilmədiyi təqdirdə satılacaq. Avtosfer.az "qaynarinfo"ya istinadən xəbər verir ki, avtomobilin qiyməti 2 milyon lirədir (bugünki məzənnə ilə 928 min 800 AZN). Antalyada 2009-cu ildə Telman İsmayılov tərəfindən 1,4 milyard dollara inşa edilən və2010-cu ildə "Dünyanən ən lüks oteli" seçilən "Mardan Palace"nin suyu təxminən 2 milyon lirə borc səbəbdən 15 gün əvvəl kəsilmişdi. Müştəri qəbulunu dayandıran otel bu dəfə başqa bir borc səbəbindən gündəmə gəlib. Bir müddət əvvəl "ANS Tur" şirkəti borc səbəbindən məhkuməyə müraciət edib. Məlum olub ki, otelin şirkətə 465 min lirə borcu var. Şirkətin vəkillərinin tələbindən sonra Antalya İcra Dairəsi otelin açılışına Şaron Stoun, Riçard Gere, Şakira, Paris Hilton, Monika Bellucci kimi ulduzları gətirən və bu ulduzlardan bəzilərinin sürdüyü Sərxan İsmayılova məxsus 2008 model "Rolls-Royce Ghost" markalı avtomobili müsadirə edib.
Borcun ödənilməsi üçün qarşı tərəfin 15 gün vaxt istədiyini bildirən vəkil Fedra Perihan Savaşçı müddətin bitdiyini və pulun ödənilmədiyini bildirib. Bu səbəbdən Antalya İcra Dairəsinə satış üçün müraciət ediblər: "İcra Dairəsi tərəfindən satış üçün qiymətləndirmə aparılır. Mahının üzərində SGK-nın da müsadirə qərarı var. Həmin dövrdə Telman bəyin oğlu işlərə rəhbərlik edib və həmin vaxtın borclarına görə məsuliyyət daşıyır. Oğlunun adına olan borclara görə keçmiş SGK borclarına görə də tələbi ola bilər".
Vəkil borcun səbəbini də açıqlayıb: "ANS Tur" şirkətinin otelə müştəri gətirməkdən başqa onlarla şəxsi münasibəti də var. İşıqları kəsiləndə nağd pul veriblər və çek alıblar. Həmin pul da ödənilməyib. Antalya İcra Dairəsi sənədləşmə işlərini tamamladıqdan sonra satış tarixi açıqlanacaq".