Bakıda avtomobillər ucuz qiymətə hərraca çıxarılacaq – SİYAHI

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 10-da Yeni ilin ilk avtomobil hərracını keçirəcək. Komitədən Avtosfer.az-a verilən məlumata görə, həmin gün özəlləşməyə çıxarılan səhmdar cəmiyyətlər və kiçik müəssisələrlə yanaşı, ayrı-ayrı icra strukturlarının mülkiyyətində olan 12 avtomobil də satışa çıxarılacaq. Hərraca çıxarılan avtomobillərin ilkin satış qiyməti 1300 manatdan başlayır. Siyahıda 1900 manata, 2400 manata, 2800 manata və 5500 manata satılan avtomobillər də var. Satışa çıxarılan avtomobillər 1988-2006-cı illərdə istehsal edilib. Avtomobillərdən 6-sı Daxili İşlər Nazirliyinin, 4-ü Xüsusi Dövlət Mühafizə Xidmətinin, 1-i Dövlət Statistika Komitəsinin balansındadır.
Qeyd edək ki, hərracda iştirak etmək istəyən fiziki və ya hüquqi şəxslər həmin maşınların ilkin satış qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər. Sifarişlər və hərraca çıxarılan avtomobillərin tam siyahısı ilə buradantanış ola bilərsiniz.
Emin
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur












