Bakıda "Lada"ların kreditlə satışı dayandı

Bakıda Rusiya avtomobillərinin kreditlə satışı dayanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Rus avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Xəzər Lada" şirkətindən fins.az-a verilən məlumata görə, avtomobillərin kreditlə satışı ilə bağlı "Bank Milli İran" və "Nikoil Bank"la əməkdaşlıq edilirdi.
Aprel ayının 20-dən etibarən "Nikoil Bank" avto kreditləri tamamilə dayandırıb. "Bank Milli İran" isə bu kreditlərin verilişini xeyli məhdudlaşdırıb. Şirkətdən verilən məlumata görə, bu bank əvvəl gündə 3-4 müştəri ilə müqavilə bağlayırdısa, hazırda bir həftədə bu qədər müştəriyə avtomobil krediti verilir.
Bundan əlavə iş yeri, VÖEN-i olmayan, banka borcu olan müştərilərə kredit verməkdən imtina edirlər. Avtomobil almaq istəyən müştərilərin çoxunun isə ya banka böyük məbləğdə borcu var, ya da geckdirilmiş kreditlərini ödəməyiblər.
"Xəzər Lada"dan verilən məlumata görə, bununla yanaşı, banklar Maliyyə Bazarlarına Nəzarət Palatasının dollar kreditləri ilə bağlı son qərarından sonra ehtiyat etməyə başlayıblar: "Banklar manat kreditləriylə bağlı da hər hansı qərarın olacağını gözləyirlər. Ona görə də kredit verilişi dayandırıb borclarını yığımağa başlayıblar".
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










