Bakıda “Pejo”ların rəsmi satış salonu bağlandı

Dolların bahalaşması avtomobil bazarına da təsirsiz ötüşməyib. Ölkəyə gətirilən yeni avtomobillərin bahalaşması, bundan əlavə gəlirlərin azalması nəticəsində müştərilərin nağd ödəmə qabiliyyətinin olmaması və bankların da avtokreditləri dayandırması satış salonlarının bağlanmasına təsir göstərib. Artıq bir neçə aydır avtomobil satılmayan salonlar bağlanır. Növbəti dəfə Bakıda “Pejo” avtomobillərinin satış salonu bağlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə fins.az-a “Auto Azerbaijan” şirkətindən bildirilib. Şirkətdən verilən məlumata görə, ötən aydan etibarən Xətai rayonu, Babək prospekti, 2269 ünvanında yerləşən satış salonu bağlanıb.
Qeyd edək ki, “Auto Azerbaijan” “Jeep” , “Dodge”, “Chrysler”, “Hyundai” markaları ilə yanaşı “ Pejo” avtomobillərinin də Azərbaycanda rəsmi təmsilçisi idi.
“Pejo” avtomobillərinin satış salonu isə Bakıda 2012-ci ilin sentyabr ayında açılmışdı.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










