Benzin bahalaşandan sonra avtomobillərin qiyməti artıb – VİDEO

Kiçik həcmli, eləcə də, dizel mühərrikli avtomobillərin qiymətində artım olacağı proqnozlaşdırılır. Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı ARB TV avtomobil bazarından reportaj hazırlayıb. İlk diqqət çəkən məqam bazarın boş olması idi. Satıcılar mövsümlə bağlı alıcı qabiliyyətinin əvvəlki kimi olmadığından, artıq alış-verişin həftənin yalnız bazar günü gerçəkləşdiyini dedilər. Bu vəziyyət həm də internet üzərindən satışların ənənəvi avtomobil bazarını sıxışdırması ilə izah edilir. Bazarda satıcı və alıcıların dediyinə görə isə daha az yanacaq sərf edən minik avtomobillərinin qiymətində artım var. “4 həftədir, gəlirəm. Benzin sərfiyyatı az olan avtomobil axtarıram. Qane eləmir, çox bahadır. 2 ay qabaq 8-9 minə aldığımız nəqliyyat vasitələri indi 12-13 mindir”, - deyə alıcı bildirib. Satıcıların sözlərinə görə, son 2 ayda real alıcı yoxdur: “Hamı gəlir, soruşur, çıxır gedir. 1,6 motorlular 12 min, 15 min arasında dəyişir. Əvvəllər ucuz idi”.
Qiymətində bahalaşma müşahidə edilən digər avtomobillər isə dizel mühərrikli olanlardır. Avtomobil alveri ilə məşğul olanlar deyir ki, iri həcmli mühərriki olan nəqliyyat vasitələrinin qiyməti dəyişməyib. Amma alıcısı azalıb. Ucuz avtomobillərə üz tutanların həm yanacaq sərfiyyatı, həm də ehtiyat hissələrinə görə həmişə üstünlük verdiyi Rusiya istehsalı nəqliyyat vasitələri indi bazarda az görünsə də, istəyin aşağı olmadığı deyilir. Bazarda sözügedən avtomobillərin qiymət artımının növbəti həftələrdə də davam edəcəyi gözlənilir.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










