Benzinin qiyməti avtomobillərin ucuzlaşmasına təsir etməyəcək - SORĞU

Ötən gün Azərbaycanda benzinin qiymətinin 30 faiz bahalaşması ölkədə avtomobillərin qiymətinin enməsinə təsir göstərməyəcək. Avtosfer.az xəbər verir ki, bu barədə salamnews-un maşın bazarında olan əməkdaşının apardığı sorğu nəticəsində məlum olub. Belə ki, ölkədə benzinin qiymətinin qalxması irihəcmli mühərriki olan avtomobillərin satışını vaxt etibarilə ləngitsə də, maşın bazarının ümumi qiymət siyasətinə mənfi və ya müsbət təsir etməyəcək. Buna ilkin səbəb isə Azərbaycana yeni ikinci əl maşınların gətirilməməsidir. Azərbaycana daxil olan avtomobillər əsasən rəsmi dilerlər tərəfindən gətirilən yeni nəqliyyat vasitələridir. Onların qiyməti isə dünya bazarı tərəfindən tənzimlənir. Ümumiyyətlə, son üç ayda maşın bazarında qiymətlər durmadan artır. Satıcılar bildirirlər ki, 2-3 ay əvvəl satdıqları ikinci əl avtomobilləri indi 25-35 faiz baha satırlar. Alıcılıq qabiliyyəti aşağı olsa da, qiymətlərin aşağı enməsi hələlik müşahidə olunmur.
Satıcıların sözlərinə görə, bahalaşma ilin sonuna kimi davam edəcək.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










