"BMW"-dən böyük elektrokar - FOTO

BMW şirkəti Frankfurt avtosalonuna Vision Dynamics adlı konsept-kar gətirib. Yenilik seriyalı modeldən xəbər verir. O, elektrokar i3 ilə idman hibridi i8 arasında yer tutacaq. Yeniliyin güc qurğusu barədə hələlik məlumat verilmir. Buna baxmayaraq, şirkətdən bildiriblər ki, avtomobil yerindən 100 km/saata 4 saniyəyə sürətlənə bilər, onun maksimal sürəti 200 km/saatdır. Tam dolu elektrik enerjisi ilə o, 600 km məsafə qət edə bilər. BMW Vision Dynamics uzun təkər bazası, getdikcə alçalan dam xətti, çox qısa qabaq və arxa kənarlar, o cümlədən böyük şüşələr alıb. Şirkətdən bildiriblər ki, bütün bunlar gələcəkdə avtomatik və yarıavtomatik idarəolunan avtomobillərin hamısı üçün xarakterik cəhətlər olacaq. Elektrik enerjisi ilə 500-dən 700 km-dək məsafə qət edə biləcək i5-in seriyalı versiyası 2021-ci ildə işıq üzü görəcək. Güman edilir ki, elektrokar 3-cü mərhələyə aid avtonom idarəetmə sistemi alacaq.






Çin maşını almaq istəyənlərin diqqətinə! – Daha bu avtomobillər ölkədən çıxarılmayacaq
Yeni məcburiyyət: Bu maşınlar ucuzlaşır
Azərbaycanda avtomobil almaq çətinləşir? - FOTO
Bu il Azərbaycanda ən çox ucuzlaşan avtomobillərin siyahısı açıqlandı - FOTO
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...












