"BMW M3"-ün yubiley versiyası - FOTO

"BMW" şirkəti sedan "M3"-ün xüsusi versiyasını hazırlayıb. Avtomobil "30 Years M3" adı alıb və modelin 30 illik yubileyi münasibətilə istehsal edilib. Brendin mətbuat xidmətinin məlumatına görə, bu modeldən cəmi 500 ədəd istehsal ediləcək. Avtosfer.az auto.az-a istinadən bildirir ki, yeniliyin banı "Macao Blue" metal rəngində olacaq. Xüsusi versiya "30 Years M3" baza variantında "Competition" paketi ilə təchiz ediləcək ki, bu, adi "BMW M3" üçün yalnız opsiya qismində əlyetərlidir. Bu paket mühərrikin gücünü 19 a.g. artırır və onu 450 at gücü edir. "Competition" paketinə adaptiv "M" asma, yeni yaylar, amortizatorlar və stabilizatorlar da daxildir. Avtomobildə "Comfort", "Sport" və "Sport+" rejimləri, o cümlədən "DSC" sistemi yenidən tənzimlənib. Opsional olaraq iki muftalı 7-pilləli sürət qutusu ilə təchiz edilən "BMW M3 30 Years" 100 km/saata 4 saniyəyə sürətlənir ki, bu da standart versiyadan 0,1 saniyə tezdir.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur















