Böhran məşhur avtomobil şirkətini də vurdu - Əməkdaşlar işə gəlmir

Yaponiyanın iri avtomobil istehsalçılarından olan “Mitsubishi Motors” işçilərinin əmək haqqını azaldır. Avtosfer.az xəbər verir ki, bu barədə aznews.az Yaponiya KİV-lərinə istinadən xəbər verir ki, şirkət belə bir qərarı az yanacaq sərf edən avtomobillərin istehsalı üzrə konveyeri bağladıqdan sonra qəbul edib.
Qeyd edək ki, ixtisarın ediləcəyi Midzusima zavodu azlitrajlı avtomobillərin istehsalında aparıcılardandır. Konveyer 4 modelin (“Mitsubishi eK-Wagon” və “Mitsubishi ek-Space”, eləcə də “Nissan Motor” şirkəti ilə birgə hazırlanan “DAYZ” və “DAYZ ROOX”) yanacaq sərfiyyatı ilə bağlı məlumatın uzun müddət manipulyasiya edilməsi üzə çıxdıqdan sonra dayandırılıb. Avtomobil istehsalçısının qiymətləndirməsinə əsasən, 625 min avtomobilin sınaqdan keçirilməsi zamanı qanun pozuntusuna yol verilib. Bazar ertəsi açıqlanan məlumatlara əsasən, “Mitsubishi”nin azlitrajlı avtomobillərinin satışı aprel ayında 44,9% aşağı düşüb. Ötən il Midzusima zavodu 309 min avtomobil buraxıb. Onlardan təxminən 60 faizi yanacaq sərfiyyatı barədə məlumatların manipulyasiya olunduğu modellərdir.
Onu da qeyd edək ki, Midzusima zavodunda ümumilikdə 3 600 nəfər işləyir. Hazırda onlardan 1300-ünün əmək haqqının azaldılması barədə danışıqlar aparılır. İxtisarın miqyası açıqlanmır.
Hələlik isə işçilərdən işə çıxmamaq xahiş olunub.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










