"Brabus" kabrioletin yeni versiyasını təqdim edib - FOTO

Almaniyanın tüninq atelyesi ağ, qara və qırmızı rənglərdən istifadə etməklə flaqman kabrioletinin bazasında yeni cazibədar layihə hazırlayıb. Avtosfer.az xəbər verir ki, Brabus yenə də donor qismində kabrioletin güclü modifikasiyasından istifadə edib. Lakin qara rəngli banı olan əvvəlki variantdan fərqli olaraq, yenilik üçün baza kimi ağ rəngdən istifadə edilib.
Atelyenin mütəxəssisləri Mercedes-AMG S 63-ün ban asmasında bir sıra karbon elementlər quraşdırıblar: baqaj qapağında spoyler, yan ətəklər, qaz buraxma sisteminin daha böyük boruları ilə arxa diffuzor. Əsas ştrix radiator barmaqlığı və eksklüziv Brabus təkərləri oldu.
Möhtəşəm kabrioletin interyeri də diqqətdən kənar qalmayıb. Onun bəzədilməsində tünd qırmızı dəridən istifadə edilib, o cümlədən salonda atelyenin loqotipləri də var. Bu dəri demək olar ki, salonun bütün hissələrini örtür. Banında üzərində 850 rəqəmi olan lövhəni gördükdə anlamaq olur ki, 5,5-litrlik V8 mühərrikinin üzərində ciddi iş aparılıb. Təkmilləşdirmə prosesi zamanı mühərrikin həcmi 5,9 litrədək artırılıb, bir sıra standart detallar dəyişdirilib, 850 a.g.-ə və 1450 Nm-ə qədər gücləndirilib. Bu cür konfiqurasiyalı kabriolet yüzlüyü 3,5 saniyəyə yığır, maksimal sürət isə 350 km/saatdır.//auto.az









Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










