Bu maşınlar Azərbaycanın öz modeli ola bilər - FOTOLAR

Bir qrup azərbaycanlı gənc iki ildən çoxdur ki, üzərində işlədikləri “Azerant Buta” adlı avtomobil modelinin dizaynını hazırlayıb. “Azerant Buta” avtomobil modelinin layihə rəhbəri Ramil Nəcəfov, modelin müəllifi və dizaynı Azər Abdullayev, animatoru Ümid Ağaquluyevdir. Gələcəkdə yerli avtomobil sənayesinin qurulmasını arzulayan gənclər bu işə kiçik də olsa töhfə vermək qərarına gəliblər. Belə ki, onlar hazırladıqları avtomobili məhz “Buta” adlandırıblar. Onlar bununla Bakıda keçiriləcək “Formula-1” Qran-pri yarışları zamanı ölkəmizə gələcək avtomobil dilerlərinin və təmsilçilərinin diqqətini çəkmək istəyirlər. Həmçinin gənclər bu modeli bir sıra sərgilərdə, o cümlədən avtomobil dizayn yarışlarında da nümayiş etdirməyi planlaşdırırlar. Bu işdə isə onlara dəstək lazımdır.
“Azerant Buta” modelinin ön, yan və arxa hissələri milli ornamentimiz olan buta naxışları ilə bəzədilib. “Azerant” avtomobilinin loqosunda gerbimiz, səkkizguşəli ulduz əks olunub. Ön hissədə radiator barmaqlıqları Şirvanşahlar sarayının qala divarlarındakı şəbəkə naxış dizaynı əsasında işlənib. Həmçinin avtomobilin ön fənərlərində, gündüz işıqlanmasında buta naxışından istifadə edilib. Yeni model aerodinamik və modern üslubdadır.
Avtomobilin texniki göstəricilərinə gəldikdə, bu barədə mühəndislər qərar verə bilərlər. Gənclər yeni layihələrinə mühəndis və mütəxəssis rəyləri də almaq fikrindədirlər.












Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











