Bu maşınlar Bakıda niyə ikiqat baha satılır? - Araşdırma

Avtobazar 12 May 2016 16:55 Oxunub 8965
Bu maşınlar Bakıda niyə ikiqat baha satılır? - Araşdırma
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən az qiymət fərqi 27 500 manatdır

Azərbaycanda yeni avtomobillər qonşu ölkələrlə müqayisədə xeyli baha satılır. “Audi” və “Mercedes”lərlə yanaşı, digər Almaniya brendi “BMW”lər də xeyi baha imiş. Avtosfer.az fins.az-a istinadən xəbər verir ki, bu dəfə “BMW” avtomobillərinin qiymətləri ilə bağlı Rusiya və Azərbaycan bazarının müqayisəsini aparıb. Məlum olub ki, ən az qiymət fərqi 27 500 manatdır.

 

“BMW 520” 2 dəfəyə yaxın bahadır

http://www.aznews.az/photos/bmw-520-2.jpg

“BMW” avtomobillərinin bəziləri hətta Azərbaycanda hətta 2 dəfəyə yaxın baha satılır.Söhbət 2.0 l mühərrikli “BMW 520” modelindən gedir. Belə ki, bu avtomobil Bakıda 61 333 dollara satılır. Eyni avtomobili Rusiyadan 33 787 dollara almaq olar.

 

“BMW X5”i 48 500 dollar ucuz almaq olar

http://www.aznews.az/photos/cq5dam.resi.jpg

Azərbaycanda xeyli məşhur olan “BMW X5”i də Rusiyadan xeyli ucuz, yəni 48500 dollar fərqlə əldə etmək olar. Məsələn, 3.0l mühərrikli 2015-ci model “BMW X5” Moskvada 68 181 dollara satıldığı halda, Bakıda bu maşın 116 666 dollara təklif edilir.

Bu maşın 73 470 dollar bahadır


http://www.aznews.az/photos/13230837_1.png

Ən böyük qiymət fərqi isə full komplektasiyalı “BMW 750” modelində müşahidə edilir. 4.4 l mühərrikli 116 530 dollarlıq avtomobil Bakıda nə az nə çox 190 000 dollara satılır. Qiymət fərqi 73 470 dollardır. Artıq həmin qiymət fərqinə ev və ya neçə avtomobil almaq olar məsələsi özünün hesablaya bilərsiniz.

“BMW”lər Rusiyada da yığılır

Məsələ ilə bağlı “BMW” avtmobillərinin Azərbaycanda rəsmi idxalçısı“İmprotex Motors” şirkətindən fins.az-a münasibət bildirilib. Şirkətin satış departamentinin müdiri Elşən Məmmədov fins.az-a deyib ki, bir neçə səbəblə bağlıdır. Birincisi “BMW” şirkətinin törəmə “BMW Rusiya” şirkəti fəaliyyət göstərir. Rusiyada satılan 10 min “BMW”nin 8 mini elə Rusiyanın özündə yığılır. Belə ki, şirkətin Kalininqradda zavodu fəaliyyət göstərir və ehtiyat hissələri Almaniyadan gətirilərək Rusiyada yığılır. Məsələn, hazırda 3-cü, 5-ci seriya, “X3”, “X5” və “X6” modelləri Rusiyada da istehsal edilir.

http://www.aznews.az/photos/g-power-x6-m50d-f.jpg

Nəticədə avtomobil maya dəyərindən 15 % ucuz başa gəlir. Rusiyada yığılan avtomobillər ümumilikdə isə Almaniyadakılardan 35-40 % ucuz baha gəlir. Hətta bəzi hallarda almanlar “BMW”ni Rusiyadan alırlar. Digər tərəfdən istehsalçı “BMW Rusiya” avtomobilləri dillerlərə rublla satdığı üçün məzənnə ilə bağlı hər hansı bir dəyişiklik qiymətlərə təsir göstərmir. O bildirib ki, Rusiyada qiymətlərin tənzimlənməsi ilə bağlı qanun var. Bu qanuna əsasən ildə 2 dəfədən artıq qiymətləri qaldırmaq qadağan edilir. Növbəti dəfə yeni qiymətlər Rusiyada iyul ayında məlum olacaq. Və çox güman ki, orda da avtomobil qiymətləri artacaq. Bundan əlavə Rusiyada bazarının böyüklüyü də qiymətlərə xeyli təsir göstərir. Məsələn, Rusiyada ildə 30 min “BMW” satılırsa, Azərbaycanda bu rəqəm 250-300 arasındadır. Yəni, zavod bazara uyğun olaraq ölkələrə qiymət müəyyən edir. Qiymət fərqini yaradan daha bir səbəb isə avtomobillərin yanacaq və yollara görə ölkələrə uyğunlaşdırılmasıdır.Yəni hər ölkənin özünə uyğun standardları var. Məsələn, Azərbaycana gətirilən“BMW” lər Rusiya ilə müqayisədə aşınmaya daha davamlıdır. Və yaxud yanacağın kefiyyətinin aşağı olmasına görə, bura gətirilən avtomobillərin yanacaq sistemi fərqli hazırlanır. Yəni Avropa üçün Avro 7 standardı tətbiq edilirsə, Azərbaycan bazarı üçün istehsal edilən maşınlar Avro 4 standartına uyğunlaşdırılır. E.Məmmədovun sözlərinə görə, Rusiya bazarı ilə müqayisədə xeyli qiymət fərqi yaransa da, Azərbaycanda satılan “BMW”lərin qiyməti Almaniya ilə demək olar ki eynidir. Məsələn, hazırda “BMW 520” Almaniyada 50 min avroya satılırsa, Azərbaycanda da eyni qiymətə təklif edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh