"Cadillac" bayraqdar sedanları avtonom yürüyüşə göndərib - FOTO

"Cadillac" şirkəti on iki avtomobildən ibarət karvanı Nyu-Yorkdan Los-Anjeles şəhərinə yollayıb. Karvanda olan Cadillac CT6 sedanlarını jurnalistlər və şirkətin səhmdarlarından ibarət qrup idarə edəcəkdir. On altı ştat və Kolumbiya mahalından keçən marşrutun bir hissəsini avtomobillər sürücülərin müdaxiləsi olmadan keçəcəkdirlər. Cadillac CT6 sedanlarının hər biri Super Cruise avtopilot sistemi ilə təchiz edilib. Bu sistem məhdud sayda girişi olan sürətli magistrallarda sürücüyə əlini sükandan çəkmək imkanı verir.
ABŞ-da belə yolların uzunluğu 209 min kilometrdir. Yürüşün başlanğıc nöqtəsinin Nyu-York olması təsadüfi deyil. Birincisi, burada Cadillac şirkətinin mənzil-qərargahı yerləşir, ikincisi isə, ştatın hakimiyyəti yollarda pilotsuz avtomobillərin sınaqdan keçirilməsinə icazə verib. Super Cruise sistemi 2018-ci ilin Cadillac CT6 avtomobillərində opsiya olaraq təklif edilir. Sistem fəaliyyət zamanı sürücünün baxışlarını izləmə funksiyasından, kameralar dəstidən, lidardan alınmış topoqrafik məlumatlardan və naviqasıya sisteminin məlumat bazasından istifadə edir.
Belə həll yolu görüşün məhdud olduğu yerlərdə, misal üçün, döngələrdə və dərəli-təpəli ərazidə hərəkət zamanı yardım edir. (autograph.az)
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO














