“Dongfeng” modelləri üçün manatla 0% kredit kampaniyası

Avtobazar 11 Mart 2016 12:14 Oxunub 1986
“Dongfeng” modelləri üçün manatla 0% kredit kampaniyası
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəğd alan müştərilərə 1000 AZN endirim tətbiq olunur

Hər zaman yeni kampaniya və sərfəli şərtlərlə müştərilərini sevindirən “Dongfeng Azərbaycan” yeni kampaniyaya start verdi. Belə ki, qənaətcil S30 və H30 modellərini bütün xərclər daxil cəmi 50% ilkin ödəniş edərək, 2 il müddətinə aylıq 0% sərfəli kredit şərtlərilə sahib ola bilərsiniz.  Bundan əlavə, nəğd alan müştərilərə - 1000 AZN endirim tətbiq olunur.

Sedan  DFM S30 hər bir səfəri yüngül və rahat edən bir sıra texnoloji üsulları sizə təklif edir: geriyə asanlıqla fırlanan sükanın elektrik gücləndiricisi, ABS+EBD dörd kanallı əyləc sistemi, tam elektrik paketi, dörd ədəd təhlükəsizlik yastığı, audio-MP3 səsləndirici cihaz ilə xarici audiodaşıyıcıların qoşulması üçün USB və AUX- detallarını, simsiz  Bluetooth® rabitə modulunu birləşdirən çoxfunksionallı multi-media sistemi və gündəlik səfərlər və səyahətlər üçün lazım olan bütün funksiyalar mövcuddur. 

DFM H30 Cross-un ekspressiv idman dizaynı kuzovun yolsuzluq elementləri ilə çox gözəl uyğunlaşır. Böyüdülmüş yol klirensi və asqının yolsuzluğa uyğunlaşdırılması harada olursunuzsa olun, istər sürətli magistralda, istərsə də şəhərətrafı torpaq yollarda əla hərəkət keyfiyyətini təmin  edir. Avtomobilin zərif dizaynı kuzovun yolsuzluq elementləri və böyüdülmüş yol klirensi ilə çox gözəl uyğunlaşır.

Nəzərinizə çatdıraq ki, bütün DFM modellərinə istehsalçı tərəfindən 3 il və ya 10000 km rəsmi zəmanət şamil edilir.

Ünvan: Bakı, Babək pr.90

E-mail: [email protected]

Tel: (+99412) 376 16 93, (050) 476 23 26

Web-site: www.dongfeng.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh