Dövlət balansında olan bu maşınlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub. Avtosfer.az ƏMDK-nə istinadən xəbər veriri ki, bu dəfə 23 və 10 may 2017-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələri, gəmilər və kənd təsərrüfatı texnikası haqda məlumatları diqqətinizə çatdırırıq.
23 may 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

Qeyd:
1-5-ci sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.
6-cı sətirdə Azərbaycan Respublikası Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.
7-9-cu sətirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır
10-cu sətirdə Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
10 may 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı

Qeyd: 1-2-ci sətirdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
3-cü sətirdə Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır
4-cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
5-cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.
8-11-cü sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.
Avtosfer.az əlavə olaraq qeyd edir ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
Fidan
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











