Reklam

Dövlət qurumları bahalı avtomobilləri ucuz qiymətə satışa çıxardı - SİYAHI

Avtobazar 31 Avqust 2016 00:26 Oxunub 18551
Dövlət qurumları bahalı avtomobilləri ucuz qiymətə satışa çıxardı - SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«BMW» «Chevrolet» «Passat», «Audi» və «Nissan Maxima» markalı avtomobillər endirimlə hərraca çıxarılacaq

Əmlak Məsələləri Dövlət Komitəsi sentyabr ayında avtomobillərin növbəti hərracını keçirəcək. Avtosfer.az-ın verdiyi məlumata görə, bununla bağlı məlumat komitənin rəsmi internet səhifəsində yerləşdirilib. Məlumatda bildirilir ki, sentyabrın 14-də baş tutacaq hərraca çıxarılan nəqliyyat vasitələrinin sayı 7 ədəddir. Həmin avtomobillər artıq bir neçə dəfə hərraca çıxarılıb. Bu dəfə isə təkrar hərrac keçirilir. Hər bir avtomobilə 10-50 faizə arası endirim tətbiq edilir.

Həmin nəqliyyat vasitələrinin siyahısını təqdim edirik:

 

Müəssisənin adı – NV-nin markası-Buraxılış ili-   Start qiyməti 10% beh

                                                                                  (manatla)      (manatla)

 

1. “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı-VAZ-21213-2004-2679-268

2. Azərbaycan Milli Elmlər Akademiyası  QAZ-31102-120   2005 - 1568 - 157

3. Tərtər rayon İcra Hakimiyyəti       BMW-523               2006  - 9917  - 992

4. Laçın rayon İcra Hakimiyyəti        Chevrolet Niva        2007 - 3069 - 307

5. TN - Milli Konservatoriya - Volkswagen Passat  - 1998  - 1875 - 188

6. Sahibkarlığa Kömək Milli Fondu  - Audi A6 L         2005 -  3827 - 383

7. MvTN- Bakı Turizm Peşə Məktəbi  «Nissan Maxima» - 2000 - 1620 - 162 

Qeyd: 1-ci sətirdə “Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan nəqliyyat vasitəsi 2-ci dəfə təkrar hərraca çıxarılır.

2-ci sətirdə Azərbaycan Milli Elmlər Akademiyasının balansında olan nəqliyyat vasitəi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

3-cü sətirdə Tərtər rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

4-cü sətirdə Laçın rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır

5-ci sətirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Milli Konservatoriyasının balansında olan nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır

6-cı sətirdə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır

7-ci sətirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Bakı Turizm Peşə Məktəbinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

Qeyd: Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

 

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.

Ünvan:

Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50

Tel: (994-12) 490 24 08

Faks: (994-12) 490 33 59

E-poçt:

[email protected]

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh