Dövlətə məxsus avtomobil 2450 manata satılıb
Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib. Avtosfer.az Komitəyə istinadən xəbər verir ki, hərracda 4-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsi olmaqla 9 dövlət əmlakı özəlləşdirilib. Həmin istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü Bakıda - Nəsimi, Nərimanov və Suraxanı rayonlarında, 1-i isə Sumqayıt şəhərində yerləşir. Onlardan ən yüksək qiymətə özəlləşdiriləni paytaxtın Nərimanov rayonundakı qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 64,5 kv.m-dir. Hərracda ən aşağı qiymətə özəlləşdirilən qeyri-yaşayış sahəsi isə Bakının Suraxanı rayonunda yerləşən əmlak olub ki, o da 2 250 manata sahibini tapıb. Nəqliyyat vasitələri üzrə hərrac isə rəqabətliliyi ilə seçilib. Özəlləşdirilməyə çıxarılmış “QAZ-2705” markalı nəqliyyat vasitəsinə 2 sifariş verilib. İlkin start qiyməti 1 250 manat olan avtomobil sonda 2 450 manata özəlləşdirilib.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:
http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r
ƏMDK-nın növbəti hərracı oktyabrın 10-da keçiriləcək. Hərraca çıxarılmış əmlaklarla tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2539