Dünyada ən populyar avtomobil - “Toyota Corolla”

Bu ilin I rübünün yekunlarına görə, “Toyota Corolla” dünyada ən çox satılan minik avtomobili olub. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-mart aylarında Yaponiyanın avtomobil istehsalçısı sözügedən modeldən 297 471 ədəd satıb. Bu isə 2016-cı ilin eyni dövrünə nisbətən 0,9% azdır. Bir il bundan əvvəl dünyada 306 357 ədəd “Toyota Corolla” realizə edilib. Hesabat dövründə populyarlığına görə 2-ci yerdə pikap ban tipli “Ford F-Series” qərarlaşıb. Bu avtomobilin satış həcmi 244 709 olub ki, bu da illik müqayisədə 9,8% çoxdur.
Ən çox satılan avtomobillər arasında 3-cü yeri isə “Volkswagen Golf” tutub. Üç ay ərzində ondan 220 140 ədəd satılıb ki, bu da illik müqayisədə 10,1% azdır. “Honda CR-V”, “Honda Civic” modelləri müvafiq olaraq 214 144 ədəd (14,4% çox) və 179 948 ədəd (30,6% çox) satılaraq 4-cü və 5-ci yerlərə sahib çıxıb. “Toyota RAV4” 175 095 ədədlə 6-cı, “Ford Focus” 172 927 ədədlə 7-ci, “Volkswagen Polo” 170 984 ədədlə 8-ci, “Volkswagen Tiguan” 170 736 ədədlə 9-cu, “Toyota Hilux” isə 168 370 ədədlə 10-cu yeri tutub.
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...











