"Ferrari"dən 2 milyon yarımlıq eksklüziv superkar - FOTOLAR

İtaliyanın "Ferrari" şirkəti brendin Yaponiya bazarına daxil olmasının 50 illiyi münasibəti ilə eksklüziv superkar istehsal edib. "Report" "Luxury Launches" nəşrinə istinadən xəbər verir ki, yeni "Ferrari J50" modeli silsilə "488" modeli əsasında hazırlanıb, lakin onun zahiri dizaynı əhəmiyyətli dərəcədə fərqlənir. Bundan əlavə, avtomobil 20 il ərzində ilk dəfə olaraq sərt bərkidilmiş alın şüşəsi, oturacaqların arxasındakı təhlükəsizlik qövsü, üstünün açıq olması və arxa şüşəsinin mövcudluğu ilə fərqlənən tarqa tipli kuzova qovuşub. Eksklüziv superkar 680 cc tutumlu 3,9 litrlik V8 mühərriki ilə təchiz edilib. "Ferrari J50" modeli cəmi 10 ədəd buraxılacaq və sifarişçilərin istəklərinə uyğun olaraq əlavə hissələrlə təmin ediləcək. Onların hamısı Yaponiya bazarında satılacaq. Maşınların qiyməti 2,66 milyon dollardır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur















