"Grand Motors" lizinq şərtini pozdu, məhkəmədə uduzdu

"Grand Motors" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Unileasing" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) iddiası əsasında çıxarılan məhkəmə qərarından apellyasiya şikayəti verib. “Report”un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək hazırlıq iclası martın 29-na təyin edilib.
İşə hakim Sərvət Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ötən il "Unileasing" QSC "Grand Motors" MMC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən lizinq şirkəti daxili maliyyə lizinqi müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib. Qərardan narazı qalan MMC apellyasiya şikayəti verib.
Xatırladaq ki, bir neçə il əvvəl "Unileasing" "Grand Motors" şirkəti ilə birgə "New Holland" italyan şirkəti ilə ümumi dəyəri 3,2 milyon ABŞ dollarından artıq olan müqavilə bağlayıb.
Qeyd edək ki, "Unileasing" QSC 2004-ci ildə "Unibank" və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən təsis olunub.
"Grand Motors" isə 2005-ci ildə təsis edilib.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










