"Honda S 660" modeli təqdim edildi - FOTO

"Honda"-nın yeni modeli təqdim edildi. Avtosfer.az xəbər verir ki, Tokio avtomobil sərgisində "Mugen" şirkəti "Honda S660" modelini təqdim edib. "Mugen" şirkəti "Honda"nın bir qurumudur və əsasən tüninq üzrə ixtisaslaşıb. Şirkətin təmsilçiləri layihənin detalları barədə heç bir məlumat verməyiblər. Tokio sərgisində sadəcə avtomobilin xarici görünüşü nümayiş etdirilib. Xarici görünüşünə görə "S660" modeli orijinal versiyadan çox fərqlənir. Avtomobilin ön hissəsi "Bugatti Veyron" superkarına bənzəyir. İstehsalçı tərəfindən qəsdən belə bir addımın atılıb-atılmadığı barədə məlumat yoxdur.
Qeyd edək ki, "Honda S660" modeli 3 silindrli, 0.66 litr həcmli turbo mühərriklə təchiz edilib. Aqreqat 64 at gücü hasil edir. Modelin prototipdən seriya istehsalına keçiləcəyi barədə məlumat yoxdur.





Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










