II Nikolayın “Rolls Royce”u satışa çıxarıldı

Sonuncu rus imperatoru II Nikolaya məxsus olmuş, 1914-cü ilin “Rolls Royce Silver Ghost” kabrioleti auto.ru saytında təxminən 278 milyon rubla satışa çıxarılıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu model 1905-1926-cı illərdə istehsal olunub, texniki cəhətdən (etibarlılıq, mühərrikin kənar səslərinin az olması, avadanlıqların yüksək keyfiyyətli olması) daha müasir olub. 20 il ərzində bu modeldən 8416 ədəd istehsal edilib. II Nikolayın ölümündən sonra avtomobilə kolleksioner yiyələnib və onu Las-Veqasda ictimai nümayişə çıxarıb. Daha sonra “Rolls Royce” digər kolleksionerin əlinə keçib və Almaniya bunkerində gizlədilib. Onun ölümündən sonra əntiq maşından əsər -əlamət olmayıb. Yalnız bunkerin aşkarlanmasından sonra avtomobil yenidən satışa qoyulub. Sonuncu dəfə bu maşın 2013-cü ildə Almaniyada 5.5 milyon avroya hərraca çıxarılıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










