İkinci əl avtomobillərin gətirilməsi bir qədər də məhdudlaşa bilər

“Bu gün 2015-2016-cı illərin tənəzzülündən sonra avtomobil satışı sektorunun özünə gəlməsi üçün yaxşı fürsət yaranıb. Lakin ötən ilin maliyyə böhranından zərər çəkən avtomobil satışı şirkətlərinin bu il yaxşı gəlir əldə edəcəklərini söyləmək hələ tezdir”.
Avtosfer.az xəbər verir ki, bunu fins.az-a avtomobil üzrə ekspert Eldəniz Cəfərov bildirib. O deyib ki, 2017-ci il dirçəliş ilidir, amma bu statistikanı 2014-cü illə müqayisə etmək olmaz: “Müəyyən irəliləyiş göstəricilərini isə biz 2018-ci ildə görə biləcəyik. Təbii ki, manatın kəskin zəifləməsi baş verməsə. Artıq insanlar avtomobil sifariş etməyə başlayıblar. Amma bazarda kifayət qədər yeni avtomobil yoxdur. Məsələn, avtomobil almaq istəyirlər, amma hazırda salonda yoxdu. Məsələ ondan ibarətdir ki, 2015-2016-cı illərin iqtisadi durğunluğu avtomobil dilerlərini ehtiyatlı davranmağa vadar etdi, ona görə də sifarişlərin sayı əvvəlki səviyyədən aşağı olub. Bundan əlavə, avtomobil zavodları da çox satışların necə olacağını müəyyən edə bilmədikləri üçün çox sifariş qəbul etməkdə maraqlı deyil”.
İkinci əl avtomobil bazarındakı vəziyyəti şərh edən ekspert deyir ki, ilin birinci yarısında avtomobil qiymətləri bir qədər yüksəlsə də, yayın sonuncu ayında bazarda avtomobilə tələbat kəskin azaldığına görə qiymətlər stabildir: “Sentyabr ayında isə avtomobillərin yenidən bahalaşacağı gözlənilir. İkinci əl avtomobillərin importu kəskin azalıb. Alqı-satqıda yerli-daxili bazardakı avtomobillərdir. Ehtimal var ki, 2018-ci ildən ikinci əl avtomobillərin gətirilməsi bir qədər də məhdudlaşsın. Bu, əsasən, avtomaşınların istehsal ili və tətbiq ediləcək standartlarla bağlıdır. Belə olan halda yaxşı olardı ki, Mərkəzi Bank təzə avtomaşınların kredit və lizinq şərtlərini sadələşdirsin. Bu, həm istehlakçının, həm də dövlətin xeyrinə olar. İstehlakçının seçim imkanı artar,ekologiyaya dəyən zərər azalar, maliyyə dövriyyəsi isə çoxlar".
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











