"Infiniti QX-80" Orta Şərqdə uğur qazanmağa davam edir
Yeni Infiniti QX80 modelinin təqdim olunmasından bir ildən bir az müddət keçməsinə baxmayaraq, avtomobil “Infiniti”nin imkanlarını genişləndirməyə davam edir. 2014-cü ilin dekabrından başlayaraq, artıq 2015-ci ildə Infiniti avtomobillərin sayını 1521-ə çatdırıb, bu da əvvəlki illə müqayisədə 7% çoxdur. “Yeni avtomobilin təqdim olunmasından sonra Orta Şərq bölgəsində 1700-dən çox avtomobil müştərilər tərəfindən alınıb. Bu miqdar bu model üçün ən yüksək nəticə olduğuna görə çox böyük əhəmiyyətə malikdir, çünki, biz birinci dəfə QX80 modelinin istehsalına 2010-cu ildə başlamışıq,” “Infiniti”nin Orta Şərq üzrə Direktoru Jurgen Şmitz qeyd etdi. QX80 modelinin ən yüksək satış nəticələri 32% olmaqla Səudiyyə Ərəbistanında qeydə alınmışdır. Bundan sonra digər sırada BƏƏ və Oman qərarlaşıb. Xarici dizaynda nəfis gözəllik avtomobilin ön hissəsində yuxarı və aşağı barmaqlıqlarda cəmləşmişdir. Yenilənmiş öndən görüntü yeni LED ön faraları, LED dönmə siqnalları, LED duman lampaları avtomobilə əsrarəngiz görüntü bəxş edir.
Şmitz əlavə edir ki, QX80 modeli, bizim üçün həmçinin, bir növ xarici dizaynın, o cümlədən, ən son texnologiyalarla təchiz olunmaqla səkkiz sərnişin üçün super rahatlığın birgə çatdırıla bilməsinin sınaqdan keçirilməsi baxımından uğurlu layihədir.
QX80 ən son Yüksək Parıltı Köməyi və Öndən Toqquşmadan Xəbərdaredici (PFCW) texnologiyalarla təchiz olunmaqla öndədir.
(PFCW) Lyuks Dərəcənin standartı olmaqla, sürücünü öndən gələn hər hansı təhlükə barədə qabaqcadan xəbərdar edir. O, yalnız birbaşa öndəki avtomobilin sürəti və ona qədər məsafə barədə deyil, həmçinin, ötüb-keçməyə çalışan nəqliyyat vasitəsi barədə məlumat verir.
Yüksək təhlükəsizlik sisteminə Fövqaladə Ön Tormozlama, Qaranlıqda Xəbərdarlıq və Qaranlıqda Maneə, gediləcək yol barədə xəbərdarlıq, Gediləcək Yolda Maneənin Aradan Qaldırılması daxildir
Perfomans baxımından da, QX80 Sizi heç məyus etmir. Sınaqdan keçirilmiş 5.6 l V8 mühərriki “Infiniti”nin sürətinə cavabdeh 400 at gücünə və 560 Nm dönmə momentinə malik Birbaşa İnyeksiya Qazolin effektli VVEL texnologiyası ilə vəhdət təşkil edir.