İşlənmiş avtomobillər bahalaşıb - Bakıda

İyul ayında maşın bazarında aktivlik çox aşağı səviyyədə olsa da, ikinci əl avtomobillərin qiymətində 10-15 faiz qiymət artımı müşahidə olunub. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Vaqif Hüseynov deyib. Onun sözlərinə görə, bu artım iqtisadi qanunların əleyhinə olan bir amildir: "Baxmayaraq ki, bazarda tələb aşağı səviyyədədir, amma qiymət artımı baş verdi. Bazara çıxarılan avtomobillərin sayı çoxaldı, alıcı qıtlığı yaşandı, amma buna baxmayaraq qiymətlər qalxdı".
Ekspert hesab edir ki, bu hal risklərin dəyərləndirilməsi ilə bağlıdır: "Dolların qiymətində cüzi artım baş verir və insanlar da düşünürlər ki, avtomobili manatla satıb dollara çevirəndə az məbləğ edəcək. Ona görə də avtomobil satıcıları maksimum dərəcədə baha satmağı planlaşdırırlar. Ancaq bu qiymət artımı onsuz da alıcısı az olan bazara daha da mənfi təsir edir".
V.Hüseynov əlavə edib ki, yeni avtomobillərin qiymətində nəzərəçarpacaq artım müşahidə olunmayıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










