İstehsal olunan avtomobillər üçün satış bazarları axtarılır - Azərbaycanda

“İran Khodro” Azərbaycanda istehsal olunan avtomobillər üçün satış bazarları müəyyən edir. Avtosfer.az “marja”ya istinadən xəbər verir ki, şirkət Azərbaycanda istehsal olunan avtomobilləri Ukrayna və Gürcüstana ixrac etməyi planlaşdırır.
Qeyd edək ki, avqustun 6-da Neftçala Sənaye Məhəlləsində Azərbaycanın “Azevrocar” MMC şirkətinin İranın isə “İran Khodro” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə avtomobil istehsalı zavodunun təməli qoyulub. İstehsal gücü ildə 10 min ədəd avtomobil olacaq zavodda 300 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Layihə üzrə müvafiq anlaşma memorandumları bu ilin aprelində imzalanıb. İyunda isə avtomobil zavoduna Neftçala Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. Zavodun layihə dəyəri 15 milyon dollardır. Bu vəsaitin 25%-nin İran şirkəti tərəfindən yatırılması barədə razılıq əldə edilib. İnvestisiyanın 75%-i isə özəl Azərbaycan şirkəti tərəfindən yatırılacaq. Zavod 2018-ci ilə qədər istifadəyə veriləcək.
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur
Həftələrlə satılmayan avtomobillər: Bazarda vəziyyət ağırlaşır - VİDEO
Azərbaycanda 5 minə avtomobillər SATIŞA ÇIXDI - Böyük fürsət
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO










