"Jeep" ən güclü yolsuzluq avtomobilin təqdim edib - FOTO

"Jeep" şirkəti yolsuzluq avtomobili Grand Cherokee-nin güclü modifikasiyasını təqdim edib. O, Trackhawk adlandırılıb. Avtomobil istehsalçısı yeniliyi dünyada seriyalı yolsuzluq avtomobilləri arasında ən güclü və cəld adlandırır. Model V-şəkilli, 6,2-litrli həcmi olan səkkizliklə təchiz edilib. Mühərrik 717 a.g. və 874 Nm fırlanma anına malikdir. Eyni mühərrikdən Dodge Charger və Challenger Hellcat-da istifadə edilir.
Grand Cherokee Trackhawk-un mühərriki 8-diapazonlu avtomatik sürət qutusu ilə birgə çalışır. O, yerindən 96 km/saata 3,5 saniyəyə sürətlənir. Avtomobil 11,6 saniyəyə 402 metr məsafə qət edir.
Jeep Grand Cherokee Trackhawk-un maksimal sürəti 290 km/saatdır. Avtomobil aprelin ortalarında Nyu-York avtosalonunda təqdim ediləcək.
avto.az









Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










