Köhnə avtomobillər bahalaşır - Azərbaycanda

Son günlər Azərbaycanın avtomobil bazarında bahalaşma müşahidə olunur. Qiymət artımı daha çox ikinci əl avtomobillərdə özünü büruzə verir. Alıcıların bildirdiyinə görə, ötən həftələrlə müqayisədə maşınların qiyməti 500-1000 manata qədər bahalaşıb. Maşınların bahalaşmasına səbəb nədir?
Avtosfer.az xəbər verir ki, bu barədə ekspert Ramil Osmanlı azvision.az-a açıqlamasında bahalaşmanın səbəbini köhnə maşınlara təlabatın çox olması ilə əlaqələndirib. "Hazırda ikinci əl maşınlara bazarda tələbat var. İdxalın məhdudlaşması və "Avro-4" standartının tətbiqi də qiymət artımına təsir göstərir. Həmçinin bazarda kreditləşməyə qoyulan məhdudiyyətlər ili qismən yeni və bahalı olan maşınların alqı-satqısını da məhdudlaşdırır. Buna görə də ucuz və ili köhnə olan nəqliyyat vasitələrinə tələbat artır. Nəticədə qiymət artımı özünü büruzə verir. Tələbin artması qiymət artımına gətirib çıxarır".
Ekspertin fikrincə, qiymət artımı daha çox 1999-2003-cü illər istehsalı olan xarici avtomobillərdə müşahidə olunur. "Onların qiymətləri alıcıların imkanlarına cavab verdiyindən həmin avtomobillərə tələbat yüksəkdir".
R.Osmanlı yaxın vaxtlarda avtomobil bazarında qiymətlərin ucuzlaşmayacağını qeyd edib. Onun sözlərinə görə, bunun baş verməsi üçün iqtisadi səbəb yoxdur.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










