"Lada" Azərbaycanda satışını 86 faiz azaldıb

2017-ci ilin birinci rübündə Rusiyanın "Lada" markalı avtomobillərinin Avropa ölkələrinə ixracı ötən ilin analoji dövrü ilə müqayisədə 102% artaraq 1664 ədəd təşkil edib. "APA-Economics" "AvtoVAZ" konserninin hesabatına istinadən xəbər verir ki, rüb ərzində bu avtomobillərin qeydiyyatı 79% artaraq 1344 ədədə çatıb. Avropada daha böyük tələbat "Lada 4x4" modelinə yaranıb. Həmçinin, "Lada Vesta"nın satışlarına başlanılıb. Bu ilin fevral ayından "Vesta" Almaniya və Macarıstana, martından isə Avstriya və Bolqarıstana ixrac olunmağa başlanıb. İlk rübdə "AvtoVAZ" Qazaxıstanda satışlarını 31% azaldıb. Beləliklə, konsernin Qazaxıstan bazarındakı payı 16,6%-ə enib.
Azərbaycanda isə "Lada"nın satışları 86% azalıb. Rusiya şirkət Ukraynadakı satışlarını 66% artıraraq rüb ərzində 16460 ədəd avtomobil sata bilib. Belarusda isə "Lada" satışlarını 4% artırıb və bazar payını 11%-ə çatdırıb.
Qeyd edək ki, "AvtoVAZ" bu il ixracı 50% artırmağı planlaşdırır.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










