«Lada»nın «cip»inin Azərbaycanda satışına başlanır - FOTO

Martın sonu, aprelin əvvəlində Azərbaycanda yeni «Lada Xray avtomobilinin satışına başlanılacaq. Bunu Rusiyanın "Avtovaz" şirkətinin Azərbaycanda rəsmi idxalçısı “Xəzər-Lada” ASC-dən Texniki direktoru Şəmsəddin Şəmsəddinov bildirib. Əvvəllər bu modelin Azərbaycana May ayında gətiriləcəyi gözlənilirdi. «Mart ayının sonu, aprelin əvvəlində «Lada Xray» modelinin satışına start verə biləcəyimizi gözləyirik”, - o deyib. Şəmsəddin Şəmsəddinov yeni Suv-un Azərbaycan qiyməti barədə dəqiq rəqəm deyə bilməyəcəyini söyləyib. Amma bazar ekspertləri qiymətin 20 min manat civarında olacağını gözləyirlər.
Qeyd edək ki, Fevralın 14-dən Rusiyada "Avtovaz"ın yeni «Lada Xray» modelinin satışı başlayıb.
«Xray Suv» (krossover) "Avtovaz"ın «Renault Nissan» alyansı ilə əməkdaşlığı çərçivəsində yaradılıb. Avtomobilin baza komplektasiyasında 1,6 litr, 106 at gücündə mühərrik quraşdırılır. Avtomobildə iki ön təhlükəsizlik yastıqları, ESC (ABS daxil) təhlükəsizlik sistemi, təcili xəbərdarlıq sistemi, audiosistem və s. daxildir. XRAY-ın ən ucuz versiyası Rusiyalı alıcıya 589 min rubla (11500 manat) başa gəlir. XRAY-ın ən bahalı versiyası isə 723 min rubldur (14500 manat).
İstehsalçısı 2016-cı ildə 16-25 min ədəd «Lada Xray» satmağı planlaşdırır.
"Marja"nın əldə etdiyi məlumata görə, “Xəzər-Lada” ASC martın sonundan yeni «Vesta» modelinin idxalına başlayacaq. 1,6 litr mühərrik ilə təchiz edilən bu avtomobil sürət qutusu və at gücünə bağlı olaraq 3 versiyada təklif olunacaq. Bu avtomobil qiymətinin daha aşağı olması ilə diqqəti cəlb edir.
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir






























