«Maşın bazarı»nda da etirazlar başladı – Qiyməti salın!

Bakının Babək prospektində yerləşən avtomobil ehtiyat hissələri satılan bazarda dükan sahibi olan bir qrup sahibkar icarə haqqının azaldılmasını tələb edir. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, sahibkarlar manatın məzənnəsinin dəyişməsi ilə bağlı müştəri qıtlığından əziyyət çəkdiklərini, gəlirlərinin azaldığını əsas gətirərək, icarə haqqının azaldılmasını tələb ediblər. Onlar bildiriblər ki, eyni tələblə aprel ayında çıxış edilib və icarə haqqı 15 faiz azaldılıb: "Lakin bu, bizə yenə sərf etmir. Ticarətin olmadığı vaxtda, yüksək məbləğdə olan icarə haqqını ödəmək imkanımız yoxdu. Tələbimiz ondan ibarətdir ki, icarə haqları 200-300 manat aşağı salınsın".
Sahibkarlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə dükanları bağlayacaqlarını bildiriblər. Bazar rəhbərliyindən isə bildirilib ki, narazı sahibkarlarla görüşüb, onların etirazlarına baxacaqlar: "Qiymətlərin aşağı salınması gözlənilir"
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










