Maşın bazarında ucuzlaşma yoxdur

Son günlər maşın bazarında ucuzlaşma olduğu barədə xəbərlər yayılır. Bu xəbərlərin məqsədinin bazara alıcı cəlb etmək daşıdığı istisna deyil. “Avtomobillərin qiymətində hansısa ucuzlaşma yoxdur”. Avtosfer.az xəbər verir ki, bu sözləri modern.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib. “Təklif aşağıdır, tələb isə yüksəkdir. Ona görə də nəqliyyat vasitələrinin qiyməti qalxıb. Adətən oktyabr-noyabr aylarında avtomobillərin qiymətinin ucuzlaşması müşahidə olurdu, fevral ayında isə qiymət yenidən artırdı. Ancaq hazırda müşahidə olunur ki, avtomobillərin qiyməti bahalaşır. Təqribən 1-2 il bundan əvvəl nəqliyyat vasitələrinin qiymətinin qalxması maliyyə bazarlarında baş verən proseslərlə bağlı idisə, hazırda bu proses tam əks istiqamətə keçib. Bunun da əsas səbəbi tələb-təklif faktoru ilə bağlıdır”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










