Maşın bazarındakı vəziyyət: qiymətlər artıb, yoxsa azalıb?..

Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il qərarına əsasən, yanvarın 1-dən etibarən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb. Gömrük rüsumlarının artması avtomobil bazarında qiymətlərin artmasına səbəb olub. Bəs hazırda avtomobil bazarında vəziyyət necədir? Daha çox hansı ölkələrin avtomobillərinə üstünlük verilir?
Məsələ ilə bağlı Modern.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib ki, bazarda daha çox tələbat olan avtomobillər neçə illərdir dəyişməyən bir konnekturadır. “Belə avtomobillər üzrə ilk beşliyi Yaponiyanın iki markası- “Toyota” və “Nisan”, Cənubi Koreyanın iki markası - “Hyundai”və “KİA”, Rusiya istehsalı olan avtomobillər tutur. İkinci əl avtomobil bazarında isə hələ ki Almaniyadan gətirilən “Mercedes” markalı avtomobillər digər rəqiblərini üstələyir”.
O bildirib ki, ilin əvvəlində qiymət artımı baş versə də, son 15 gündə bazarda qiymətlərin nisbi azalması müşahidə edilir. “Bu da təbii ki, tələb və təklif strukturu arasındakı ciddi fərqlə əlaqəlidir. Tələb aşağıdır, təklif çoxdur. Ona görə də qiymətlər yenidən azalmaya doğru gedir. Amma azalma ötən dövrlərdə olan artımla müqayisədə aşağıdır. Avtomobillər bazarlarında hələ də durğunluq davam edir”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










