Maşın bazarının qarşısında biabırçılıq: Yolun ortasında alver gedir - VİDEO

Yolun kənarında dayanaraq hərəkətdə olan avtomobillərə əl yelləyirlər. Avtomobilini satmaq istəyən şəxslər isə maşını saxlayıb bu alıcılarla sövdələşmə aparır.
Bir qrup avtomobil alış-satışı ilə məşğul olan şəxslər artıq bazarda yox məhz bu ərazidə çalışmağa üstünlük verirlər. Paytaxtın Səbail rayonu Badamdar qəsəbəsi ərazisində daha dəqiqi maşın bazarına gedən yolda bir neçə istiqamətdə sıra ilə dayanan bu şəxslər avtomobil almaq üçün yoldan keçən sürücülərə əl yelləyirlər. Beləcə, avtomobilini bazara çıxarmaq istəyən şəxs ora daxil olmamış elə bu alıcılarla razılaşıb maşını satır. Alıcıların sözlərinə görə, onlar əsasən həftənin istirahət günləri, səhər saatlarında bu əraziyə gəlirlər.
Həm alıcılar, həm də satıcılar deyir ki, bazara girməmiş avtomobili satmağın üstünlüyü bazar xərclərindən azad olmaq və vaxt itkisinin qarşısını almaqdır. Burada əsasən ikinci əl və azərbaycanda sürülmüş avtomobillər satıldığı üçün qiymətlərdə ele də böyük fərq yoxdur. Avtomobil alverçiləri deyir ki, istər bazarda olsun istərsə də bazar kənarında onsuz da alqı satqı sövdələşmə ilə baş tutur. Ona görə də qiymət bazardakından təxminən 300 manat fərqlənə bilər.
Alıcılar deyir ki,buradan alınan avtomobilin üzərinə müəyyən məbləğ qoyulmaqla ya rayonlarda, ya da ki elə maşın bazarlarına çıxarıb satırlar.
Ancaq,avtomobil satmaq istəyən şəxslər yolun hərkət hissəsində maşını saxlıyıb sövdələşmə apardığından yolda bəzən sıxlıq yaranır.Buna görə də həm yol polisi ,həm də post patrul xidməti əməkdaşları tərəfindən avtomobillər yoldan kənarlaşdırılır.
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir








