MİDA avtomobil almaq üçün tender elan edib

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) nəqliyyat vasitələrinin alınması üçün tender elan edib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, tender 1 lot üzrə keçirilir və qurum 1 ədəd “sedan”, iki ədəd isə “offroader/SUV” tipli nəqliyyat vasitələrinin satın alınması nəzərdə tutur. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini imzalanmış, möhürlənmiş, ikiqat zərfdə, yazılı surətdə təqdim etməlidir. Tenderin Azərbaycan dilində hazırlanmış əsas şərtlər toplusunu tenderdə iştirak etmək üçün yazılı müraciət etdikdən sonra aşağıda qeyd olunan hesaba 200 manat məbləğində iştirak haqqı ödəməklə Bakı şəhəri, Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi 85Z ünvanından almaq olar.
Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1%-İ məbləğində tender təklifinin təminatı - bank zəmanəti təqdim edilməlidir.
Tender üzrə ilkin səndlərin qəbulu üçün son tarix iyulun 24-ü müəyyən edilib. Tender təklifləri isə avqustun 2-i saat 17:00-a qədər təqdim edilməlidir.
Tender təklifləri zərfləri 3 avqust 2017-ci il tarixində saat 11.00-da “MİDA” MMC-də açılacaq.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











