Nadir "Ferrari 250 GT" modeli 18 milyon dollara satılıb

Bu günlərdə Sotheby’s hərrac evinin Nyu-Yorkda keçirilən hərraclarında nadir Ferrari 250 GT LWB California Spider Competizione Scaglietti modeli 17,99 milyon dollara satılıb. Bu avtomobil 1959-cu ildə xüsusi olaraq yarışlar üçün hazırlanıb və “Le Manın 24 saatı” marafonunda öz sinifində üçüncü, ümumi birincilikdə isə beşinci yeri tutub. Satılan nüxsə “1451 GT” nömrəli şassiyə malikdir.Bu model, tamamilə alüminiumdan hazırlanmış kuzova malik olan səkkiz belə avtomobildən biridir. Avtomobil yarış spesifikasiyasına uyğun olaraq inşa edilmiş və 266 at qüvvəsi hasil edən 3,0-litrlik V12 mühərriki ilə təchiz olunub. Son 10 ildə avtomobil bir neçə dəfə sahibini dəyişmiş, klassik avtomobillərin yarışlarında və zəriflik müsabiqələrində iştirak edib.
2008-ci ildə avtomobil onun orijinal şassiyə, mühərrikə, ötürmələr qutusuna və arxa differensiala sahib olduğunu təsdiqləyən Ferrari Classiche sertifikatını alıb.
2010-cu ildə Motion Products şirkətinin mütəxəssisləri avtomobilin tam bərpasını həyata keçirərək, onun orijinal le man livreyasını da bərpa ediblər. (autograph)
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir








