“NAZ” direktoru Çində görüşlərə başladı

Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev bu saatlarda rəsmi nümayəndə heyəti ilə birlikdə Çində səfərdədir. Bu haqda məlumat verən direktor hazırda görüşlərin davam etdirildiyini bildirib: “Hazırda danışıqlar gedir. Müsbət haldır ki, Azərbaycanda avtomobil bazarının inkişaf etdirilməsi üçün müsbət addımlar atılıb. Detalları Azərbaycana qayıtdıqdan sonra açıqlayacağam”. Direktor bir müddət əvvəl qiymət siyasətinə yenidən baxılması, servis mərkəzlərinin yaradılması, ehtiyat hissələrinin keyfiyyət məsələsi, eyni zamanda, lazımi hissələrlə vaxtlı-vaxtında təminat üçün Çinə səfər edəcəyini açıqlamışdı. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin tövsiyəsindən sonra “NAZ-lifan” avtomobillərinə maraq artıb. Dövlət qurumları, ayrı-ayrı şəxslər bu avtomobilə maraq göstərdiyindən zavod istehsalı artırmaq qərarına gəlib. Bu vaxta qədər “NAZ –lifan” alanlar içərisində “Gəncə Avtomobil Zavodu”, “Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti” , “Azpetrol”, “ Dövlət Neft Şirkəti” və “Cahan Holding” yer alıb.
modern.az
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










