"NAZ-Lifan" avtomobili “İlin debütu” adına layiq görülüb

Ötən ay Qəbələdə baş tutmuş Azərbaycanın yeganə avtomobil sərgisi - "Qafqaz Motor - Şou 2016” (Caucasus Motorshow 2016) təşkilatçıları tərəfindən NAZ-Lifan avtomobili "İlin debütu” adına layiq görülüb. Bu sərgidə ilk dəfə iştirak edən NAZ-Lifan 2 yeni modelini təqdim edib – Biznes Sedan NAZ-Lifan 820 və SUV yolsuzluq avtomobili NAZ-Lifan X60. Naxçıvan Avtomobil Zavodunda Çin mütəxəssislərinin iştirakı ilə istehsal olunan bu avtomobillər həm görünüş, həm də funksionallıq baxımından sərgi ziyarətçilərinin diqqətinə və marağına səbəb olub. "Bizim burada təqdim etdiyimiz biznes sedan NAZ-Lifan 820 müasir və nəfis dizayna, dinamik və qənaətcil mühərrikə, rahat salona və avtomobil sahiblərinə lazım olan bütün opsiyalara malikdir, qiymət baxımından da istənilən rəqabətə hazırdır” – deyə Lifan Motorsun Azərbaycandakı Çinli nümayəndəsi Zhu Yanyu bildirib.
Sərgidə təqdim olunan ikinci model NAZ-Lifan X60 SUV avtomobildir. Azərbaycanda istehsal olunan bu krossover hələlik mexaniki sürət qutusuna malik olsa da, tezliklə avtomat sürət qutusu ilə də təklif olunacaq.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildə istismara verilib. Zavodda Almaniya, İtaliya və Belçikada hazırlanan ən son avadanlıqlardan istifadə olunub. Zavod ildə 5000 ədəd avtomobil istehsal etmək gücünə malikdir. İstehsal Çinli mütəxəssislərin nəzarəti altında həyata keçirilir.
İkinci əl avtomobil alarkən diqqətli olun: Gizlədilən təhlükə var - VİDEO
Azərbaycanda bir çox avtomobillər BAHALAŞDI - Bazarda SON DURUM
Mərkəzi Bankın avtomobilləri endirimlə HƏRRACA ÇIXARILIR – 266 manatdan başlayır
Qəzaya düşən moped və motoların sığorta problemi necə həll edilməlidir? - AÇIQLAMA
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
Tamamilə yeni "Toyota Hilux" Azərbaycanda təqdim olunub - FOTOLAR
Maşın bazarında niyə alıcı yoxdur? - SƏBƏB
Bu qurumların nəqliyyat vasitələri hərraca çıxarılır – Qiymətlər 2 mindən başlayır
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir















