"NAZ-Lifan" qiymətləri aşağı salır

Dövlət qurumlarının əksəriyyəti “NAZ-Lifan” almaq üçün sifariş verib. Bunu azvision.az-a açıqlamasında Naxçıvan Avtomobil Zavodunun (NAZ) direktoru Musa Abdullayev deyib. Direktorun sözlərinə görə, Gəncə Avtomobil Zavodu, Azərbaycan Dövlət Sığorta-Kommersiya Şirkəti və “Azpetrol” da “NAZ-Lifan” avtomobili alıb. "Yaxın aylarda sifarişləri yerinə yetirəcəyik. Zavodumuz ilboyu fasiləsiz olaraq fəaliyyət göstərəcək. Hazırda Çində Yeni il bayramı qeyd olunur. Fevralın 14-15-də böyük nümayəndə heyətilə Çinə səfər edəcəyik. Görüş zamanı həm sifariş olacaq, həm də qiymətlərin aşağı salınması ilə bağlı danışıqlar aparılacaq. Biz istəyirik ki, qiymət normal olsun və hər kəs bu avtomobili sürə bilsin”.
M.Abdullayev qeyd edib ki, avtomobilin qiymətinin aşağı salınması üçün Naxçıvan Muxtar Respublikası ilə yanaşı rayonlarda da ehtiyyat hissələrin yığılması planlaşdırılır: “Lazım gələrsə 1 ildə 15-20 min avtomobil istehsal edə bilərik. Hələki o qədər tələbat yoxdur. 2014-cü ilin aprel ayında 555 ədəd avtomobil yığmışıq. Bu baxımdan istehsalla bağlı heç bir problem yoxdur. Sifarişlərin hamısını icra etməyə hazırıq. Aprel ayında yeni modellərimiz satışa çıxarılacaq”.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










