“NAZ-Lifan”dan istehsalı dayandırmağı ilə bağlı - AÇIQLAMA

Bir müddət əvvəl prezident İlham Əliyevin çıxışı ilə medianın gündəminə gələn “NAZ-Lifan” markası yenə də müzakirə mövsusuna çevrilib. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, prezidentin məmurlara sözügedən maşınları tövsiyə etməyindən sonra Azərbaycanın yeganə maşın istehsalçısı “NAZ-Lifan” avtomobillərinə tələbat artıb. Amma son bir neçə gündə mətbuatda şirkətin istehsalını dayandırması ilə bağlı yazılar yer alıb. Dövlət Statistika Komitəsi də il başlanandan bəri Naxçıvan Avtomobil Zavodunun (NAZ) konveyerindən bir ədəd də məhsul çıxmadığını açıqlayıb. “Qafqazinfo”nun əməkdaşı məsələyə aydınlıq gətirmək üçün “NAZ-Lifan”ın Bakıdakı satış mərkəzləri ilə əlaqə saxlayıb. Zavodun baş mühəndisi Rəhim İsmayılov istehsaldakı gecikmələrin İrandakı qeyri-iş günləri ilə bağlı olduğunu vurğulayıb: “Avtomobillərin hissələri gəmi ilə İrana, oradan da bizə gətirilir. Novruz bayramı ərəfəsində İranda qeyri-iş günü olduğu üçün yüklərin Azərbaycana gətirilməsi gecikdirildi. Bir neçə günə yükdaşıyan maşınlarımız gəlib çatacaq və biz işimizi bərpa edəcəyik. Bundan sonra işimizdə hər hansı bir problemin olacağı gözlənilmir və istehsal davam edəcək. May ayından bu ilin sonunadək 2500-dən çox maşın satışa veriləcək”.
Şirkətin adının çəkilməsini istəməyən digər rəsmisi də hazırda istehsalın davam etdiyini bildirib: “Hazırda maşınların istehsalı ilə bağlı hər hansı bir problem yoxdur. Satış üçün 2000-dən çox maşın istehsal olunur. Onlar da may ayından sonra satışa çıxarılacaq”. Qeyd edək ki, şirkət bu il “NAZ Lifan x-50”, “NAZ Lifan-820” modellərinin ilk nümunələrinin istehsalına başlayıb.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur











