"NAZ" maşınları satılmır: İstehsal kəskin azalıb

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal edilib. Avtosfer.az DSK-ya istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən minik avtomobillərinin istehsalı 72% azalıb. 2017-ci ilin birinci yarısında cəmi 21 ədəd avtomobil istehsal edilmişdi. Beləliklə, İyulda cəmi 9 ədəd minik avtomobili istehsal olunub. 01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd təşkil edib. 01.07.2017-ci il vəziyyətinə 126 ədəd hazır məhsul ehtiyatı mövcud idi. Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı “Naxçıvan Avtomobil Zavodu”dur. 2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmamışdı. Naxçıvan Avtomobil Zavodu istehsal prosesindəki fasiləni “yenidənqurma işləri” ilə əlaqələndirmişdi. Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










