«Nissan Juke» 2 yeni fərqli təchizat paketi ilə təqdim edildi

İndiyə kimi bir çox mükafatlar qazanan yeni Nissan Juke krossover modelini Orta Asiya regionu üçün daha da fərqli etmək məqsədilə Nissan 2 yeni təchizatlı xüsusi ekskluziv Juke modellərini təqdim edib. Yeni Nissan Juke, qısa müddət öncə İlin Orta Asiya Avtomobili və Ərəb Avtomobillərinin hakimləri tərəfindən yüksək etimadla “Ən yaxşı yığcam nəqliyyat vasitəsi” titulunu qazanmışdı. ”Bu vacib nailiyyətləri və yenilənmiş avtomobilləri ilə Nissan avtomobil həvəskarlarına öz avtomobillərinə individual yanaşmaq imkanı yaradır.
Tələbdən asılı olaraq, SL və SL Turbo paketi ilə təchiz edilmiş Juke modelləri iki kompiktasiyada təqdim edilir. Fərqli xarici yan güzgüləri və qapılardakı dəstəkləri, daxili dizaynı Nissan Juke modelini əvvəlki silsilədən tamamilə fərqləndirir, həmçinin, o, fərqli qırmızı və ağ və ya qara və sarı rənglərinin birgə kombinasiyası ilə mövcuddur.
Nissanın Orta Şərq üzrə marketinq direktoru Şerfan qeyd etdi ki, yeni Nissan Juke artıq dünyanın ən fərqli və fərdi nəqliyyat vasitələrindən biridir. O, alıcıları üçün yüksək dərəcəli təhlükəsizlik, praktiklik, effektivlik və dəyər təklif edir. “İndi bizim müştərilərimizin daim diqqət mərkəzində ola bilən, əyləncəli rəng çalarları ilə öz fərdiliyini ifadə etməyə daha çox şans verən avtomobilləri var”.
Standard xüsusiyyətlərə parça örtük, AUX port ilə birgə 4 dinamikli CD/MP3 stereo, avtomatik pəncərələr, arxa kamera və 60/40 qatlanan arxa oturacaqlar daxildir. Həmçinin, dəri örtük, lyuk, duman əleyhinə faralar, avtomatik ventilyasiya və start-stop düyməsi də mövcuddur.
2015-ci il ərzində Nissan Juke yüksək satış nəticələri əldə etmişdir. Avtomobil əvvəlki ilin nəticələrindən 5% irəli gedərək SUV-S bazar seqmentinin 6%-ni əhatə etmişdir. BƏƏ-də Juke-un payı 2015-ci ilin mart ayında 8%-dən 11-%-ə qədər artmış, bütöv ölkədə öz seqmentinə görə ən yaxşı satılan avtomobil olub.
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...
Maşın bazarına giriş ödənişli olub; sürücülər ŞİKAYƏT EDİR - VİDEO
Dövlət avtomobilləri satışa çıxarılır - SİYAHI
Satan var, alan yoxdur - Maşın bazarında qiymətlər artdı
Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?
Süni intellekt avtomobil sektoruna belə təsir göstərəcək











