"Nissan" rəqibi "Mitsubishi"-ni alır

"Nissan" yanacaq sərfiyyatı qalmaqalı ilə boğuşan Mitsubishi Motors-un 34%-ni 2.2 milyard dollara satın almaq üçün razılaşıb. Avtosfer.az "Marja"ya istinadən xəbər verir ki, "Nissan Motors" bu razılaşma ilə həm rəqibini iflasdan xilas edir, həm də şirkətin faktiki nəzarətini ələ alır. Son iyirmi il ərzində üçüncü dəfə qalmaqal ilə qarşı-qarşıya qalan Mitsubishi-nin satın alınması Çin xaricində Asiya bazarlarına girməkdə çətinlik çəkən Nissan-ın işinə yaraya bilər. Mitsubishi-nin avtomobilləri Tailand və Filippin kimi bazarlarda çox populyardır. "Mitsubishi" yanacaq səfiyyatın səhvini qəbul edib ictimaiyyətindən üzr istəmişdi. "Mitsubishi" ötən ay Yaponiya bazarı üçün istehsal etdiyi ən azı dörd avtomobilinin yanacaq sərfiyyatı göstəricisini əsassız şəkildə olduğundan daha aşağı göstərdiyini qəbul etmişdi. Bununla, şirkətin bazar dəyəri 3 milyard dollar aşağı düşüb və bazar payı itirən markanın da nüfuzu zərbə alıb. Verilən məlumata görə, iki şirkət Mitsubishi-nin "inamı bərpa etməsi" üçün səy göstərəcək. "Mitsubishi Motors" "Nissan" üçün 2.18 milyard dollar dəyərində yeni səhm çıxaracaq. Beləliklə, Yaponiya qanunlarına görə, "Nissan" "Mitsubishi" kapitalında nəzarət hüququ verən üçdə bir paya sahib olacaq.
"Mitsubishi"-də 34 faiz payı olan "Nissan"ın 43.4%-nin sahibi isə Fransanın avtomobil istehsalçısı "Renault"-a məxsusdur. Üç markanın satışları cəmi nəzərə alındıqda illik 9.3 milyon ədəd ilə "Toyota" və "Volkswagen"-dən sonra üçüncü yeri tutacaq.
Gürcüstanda 6 ildən köhnə maşınlara idxal qadağası Azərbaycana təsir edəcək? - EKSPERT
Azərbaycanda ən çox satılan avtomobil markaları - ADLAR
Qlobal bazarda alman avtomobillərinin mövqeləri zəifləyir
İkinci əl ehtiyat hissələri niyə bahalaşıb? - VİDEO
Bu qurumların nəqliyyat vasitələri ucuz qiymətə satışa çıxarılır: 3750 manatdan ... - SİYAHI
Ucuz qiymətə 135 nəqliyyat vasitəsi hərraca çıxarılır - Qiymət 2 mindən başlayır
Venesuelanın avtomobil bazarı - FOTO
Ucuz qiymətə avtomobil almaq istəyənlərin nəzərinə! - 1300 AZN-dən başlayır - SİYAHI
İkinci əl avtomobil bazarı: 2026-cı ildə qiymətlər və alqı-satqı necə olacaq? - VİDEO
Dörd avtobus və 25 avtomobil hərraca çıxarılır - 1400 manatdan başlayır
Dövlət qurumlarının 11 avtomobili satışa çıxarılacaq - "Nissan" 7000 manat, "Toyota", "BMW" ...











