Onlayn avtomobil hərracları keçiriləcək

Azərbaycanın sığorta şirkətləri yol qəzası nəticəsində yararsız vəziyyətə düşmüş və balanslarına götürdükləri avtomobilləri onlayn hərracda sata biləcək. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında avtomobilərə dəymiş zərərin qiymətləndilməsi ilə məşğul olan "Audatex-Azerbaijan" şirkətinin icraçı direktoru Zakir Kərimzadə bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi şirkətin bu xidməti tezliklə Azərbaycan bazarına təqdim ediləcək: "Söhbət "auto-online" xidmətindən gedir. Sığorta şirkətləri məhv olmuş ("total loss") avtomobilləri bizə təqdim edə biləcək. Bizim şirkət onlara baxıb qiymətləndirəcək və onlayn rejimdə, xüsusi hazırlanmış saytda satışa çıxaracaq. Təbii ki, hərrac qaydalarına uyğun olaraq ən yüksək qiyməti təklif edən şəxslər həmin maşınları ala biləcəklər".
Bununla yanaşı, tətbiqi planlaşdırılan yeni xidmət təkcə sığorta şirkətləri üçün nəzərdə tutulmayıb. Z.Kərimzadə bildirib ki, istənilən idarə, müəssisə və təşkilat avtomobil parkındakı köhnə nəqliyyat vasitələrini onlayn hərraca çıxara biləcək.
Maşın alanların NƏZƏRİNƏ: Avtomobil bazarında SÜRPRİZ rəqəmlər
Bölgələrdəki maşın bazarlarında durğunluq yaşanır - Qiymət artımı var - VİDEO
BYD tanınmış mütəxəssis Vasif Əliyevi Cənubi Qafqaz üzrə satış direktoru təyin etdi
İkinci əl avtomobil bazarında SON VƏZİYYƏT
Azərbaycanda satışa ən çox hansı avtomobillər çıxarılır? - SİYAHI
Avtomobil bazarında durğunluq: Alıcı niyə azalıb? - VİDEO
İkinci əl avtomobil bazarında böhran: Satıcılar çıxılmaz vəziyyətdə...
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - VİDEO
Maşın bazarında vəziyyət dəyişir - İdxal AZALDI
Avtomobil bazarında rəqəmsal pasport nəyi dəyişəcək? - VİDEO
Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur










